Azərbaycan insanına Avropa yollarının rahatlığını yaşadan qurum: AAYDA!
Cəmiyyət
568
11:25, Bu gün

Azərbaycan insanına Avropa yollarının rahatlığını yaşadan qurum: AAYDA!

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Bakı və Bakıətrafı ərazilərdə nəhəng layihələr strat verdiyi hər kəsə məlumdur. Dar və dolanbac torpaq yollarda Avropa dövlətləri səviyyəsində müasir yollar və körpülər inşa edən AAYDA, bununla Azərbaycan insanına Qərb yollarının komfortunu yaşatmaqda, yollarda sürətli və təhlükəsiz hərətəki təmin etməkdədir.

AAYDA-nın icra etdiyi layihələrin böyüklüyünü və əhəmiyyətini anlamaq üçün sözügedən qurum tərəfindən icra edilən Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi layihəsi çərçivəsində inşa edilən Kürdəxanı yol qovşağına nəzər salmaq kifayətdir.

1 yol ötürücüsündən və 4 qoldan ibarət olan qovşağın inşası ilə  Bilgəh, Kürdəxanı, Pirşağı, Novxanı və Balaxanı istiqamətində gediş-gəlişi rahatlaşacaq, ərazidə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin etmiş olacaq. Bu qovşaq nəqliyyat vasitələrinə paytaxta girmədən Bakətrafı kəndlərə rahat və sürətli gediş-gəlişi təmin edəcək ki, nəticədə həm sözügedən nəqliyyat vasitələrinin hərəkəti asanlaşacaq, həm də paytaxt daxilində sıxlıq əhəmiyyətli dərəcədə azalacaq.

AAYDA-nın respublika ərazisində, eləcə də Bakıətrafı ərazilərdə həyata keçirdiyi müasir yol-nəqliyyat infrastukturlarının əhəmiyyəti ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev, bütün bunları dövlətimizin insna faktoruna verdiyi qiymət kimi dəyərləndirib:

“Təbii ki, müasir yol-nəqliyyat sisteminin formalaşması, hər şeydən öncə dövlətimizin vətəndaşlarımıza, onların rahatlığına verdiyi önəmi göstərir. AAYDA tərəfindən modern yol infrastrukturunun yaradılması nəqliyyat vasitələrinə mənzilbaşına qısa zamanda və rahat şəkildə çatmağa imkan verəcək, həm də müasir dünyanın əsas problemlərindən biri olan tıxac problemini ortadan qaldıracaq. Artıq bununla bağlı ilkin nəticələr mövcuddur. Biz bir neçə istiqamət üzrə yollarda gərginliyin azalmasına, Bakıətrafı əraziləri bir-biri ilə birləşdirən geniş, müasir yolların inşasına şahid olmaqdayıq.

Yeni və modern yollar vətəndaşlara uzaq məsafələri belə qısa zamanda qət etmək imkanı qazandırır ki, bu da insanlara öz vaxtlarına və enerjilərinə qənaət etmək fürsəti verir. Bu isə olduqca böyük qazancdır. Çünki vətəndaşlar qənaət etdikləri vaxt və enerjidən digər işlərinin icrasında iştirak edəcək, öz vaxtlarını daha səmərəli şəkildə idarə edəcəklər.

Bu mənada hesab edirəm ki, AAYDA-nın timsalında dövlətimizin həyata keçirdiyi müasir yol-nəqliyyat infrastrukturu siyasəti təqdir edilməli, alqışlanmalıdır”.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər