Əbülfəs Qarayev 69 yaşını Londonda qeyd etdi
Cəmiyyət
233
15:00, Bu gün

Əbülfəs Qarayev 69 yaşını Londonda qeyd etdi

Noyabrın 13-də sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin 69 yaşını Bakıda dəbdəbəli ad günü məclisi ilə qeyd etməsi barədə məlumatlar yayılıb.
 
Moderator.az bildirir ki, Manset.az yayılan xəbərlə bağlı Əbülfəs Qarayevlə əlaqə saxlayıb. Keçmiş nazir iddiaları təkzib edərək hazırda ölkə xaricində olduğunu bildirib:
 
“Mən hazırda Azərbaycanda deyiləm. Bir həftədir Londondayam. Burada mühazirəm olacaq, ona görə də İngiltərəyə gəlmişəm. Burada indi saat 6-dır, indi yuxudan oyanmışam.”
 
Qeyd edək ki, Əbülfəs Qarayev 2006–2020-ci illərdə Mədəniyyət Naziri vəzifəsində çalışıb.
Link kopyalandı!
Son xəbərlər