Cəmiyyət
204
13:00, Bu gün

"Qocalıq, şəkər xəstəliyi birinci ayaqdan başlayıb" - Rəşad Məcid Anardan DANIŞDI

“Bu, Anardır! Azərbaycanın qürur duyacağı böyük şəxsiyyət! 88 yaşında da kübar, sağlam, yaddaşı yerində, yazıb-yaradan, səfərlərə gedən, yorulmadan çalışan Anar. Bu şəkil 3 noyabrda Azərbaycan Milli Elmlər Akademiyasının yubileyindən çıxanda çəkilib. Akademik Zemfira Səfərova AMEA-nın yubiley medalıyla təltif olunmuşdu. Anar kübarcasına həyat yoldaşının qoluna girib maşına sarı gəlirdi”.
 
Moderator.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkə hesabında paylaşıb.
 
O, yazıçı Anarın bu gün yayılan fotosuna münasibət bildirib:
 
“O ki qaldı Anarın arabada sosial şəbəklərdə yayılan şəklinə, özü ilə indicə danışdım, dedi ki, bir müddət əvvəl ayağım ağrıyanda klinikaya gedəndə çəkilib. Səfərlərdə olarkən İstanbulun uzun aeroportunda hava limanının bu xidmətindən ara-sıra istifadə edib Anar. Özünün dediyinə görə qocalıq, şəkər xəstəliyi birinci ayaqdan başlayıb.
 
Anar müəllim bir azdan işdə olacaq, narahat olanlar Azərbaycan Yazıçılar Birliyinə gəlib, Anar müəllimlə şəkil çəkdirə bilərlər! Allah Anar müəllimə cansağlığı, sağlam ömür versin, yazıb-yaratmaq şövqü heç zaman tükənməsin!”, - deyə, o bildirib.
 
Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin təkərli oturacaqda çəkilmiş fotosu yayılıb. Üzərində “klinika” yazılmış arabada əyləşən 87 yaşlı yazıçının bu görüntüsü onun səhhətində ciddi problemlərin olmasına dair müzakirələri yenidən gücləndirib.
Link kopyalandı!
Son xəbərlər