Bizi sosial şəbəkələrdən izləyin:
Moderator.az xəbər verir ki, Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual səs-küy salan şəxslərin cərimə olunması ilə bağlıdır.
Səs-küy salan şəxslər nə qədər cərimə olunurlar?
İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərdə, küçələrdə, istirahət və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən, 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa və məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə, fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2000 manatdan, 2500 manatadək miqdarda cərimə edilir.