Türkiyədə ölən turistlərin qidadan zəhərləndiyi təsdiq olunmayıb
Cəmiyyət
672
16:00, Bu gün

Türkiyədə ölən turistlərin qidadan zəhərləndiyi təsdiq olunmayıb

İstanbulda Almaniyadan gəlmiş bir turist ailəsinin ölümünə qida zəhərlənməsi deyil, kənar müdaxilələr də səbəb ola bilər.
 
Bununla bağlı "Sabah" qəzeti yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
 
Bildirilir ki, ilkin nəticələr zəhərlənmə ilə bağlı qəti diaqnozun olmadığını göstərir.
 
Bu da prokurorluğu təhqiqatı genişləndirməyə və ölüm hadisəsinə kənardan müdaxilənin mümkünlüyünü nəzərdən keçirməyə vadar edib.
 
Nəşrin məlumatına görə, istintaq zamanı ərazidəki küçədə yemək satan şəxslərin əksəriyyəti saxlanılıb.
 
Xəbərdə bildirilir ki, dörd nəfərdən ibarət ailə tətil üçün Türkiyəyə gedib və onlar küçədə satılan yeməklərdən dadıblar. Noyabrın 12-nə keçən gecə onlar özlərini pis hiss etməyə başlayıblar.
 
Qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya çatdırılan iki uşağın və onların analarının həyatını xilas etmək mümkün olmayıb. Ölən uşaqların ataları isə ağır vəziyyətdə reanimasiyadadır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər