20:41
16°C
Bakı
Cari ilin noyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 237 min 900 nəfər olub.
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Belə ki, onların 51,2%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 499,3 manat olub.