Vəkil olmaq istəyənlərin nəzərinə
Cəmiyyət
131
18:05, Bu gün

Vəkil olmaq istəyənlərin nəzərinə

Noyabrın 28-də saat 10:00-da Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

Moderator.az xəbər verir ki, bu barədə VK məlumat yayıb.

İmtahanda iştirak etmək niyyətində olan namizədlər tərəfindən sənəd qəbulunun noyabrın 19-dək davam edəcəyi nəzərə alınmalıdır. Həmçinin elektron qaydada müraciəti təsdiq edilən, ancaq imtahanda iştirak üçün nəzərdə tutulan ödənişi etməyən şəxslər noyabrın 19-dək "Şəxsi kabinet" vasitəsilə ödənişi həyata keçirməlidirlər. Əks təqdirdə, test imtahanında iştirak üçün buraxılış vərəqəsini əldə edə bilməyəcəklər.

Qeyd olunmalıdır ki, keçirilməsi nəzərdə tutulan test imtahanına namizədlər buraxılış vərəqəsi ilə buraxılacaqlar. Bu səbəbdən namizədlərdən imtahanda iştirak üçün buraxılış vərəqəsini imtahandan 3 gün əvvəl namizədin elektron şəxsi kabinetinə və ya dim.gov.az saytına daxil olaraq çap etmələri xahiş olunur.

Eyni zamanda, namizədlərdən müəyyən olunan vaxtdan ən geci bir saat əvvəl imtahanın keçiriləcəyi Dövlət İmtahan Mərkəzinin (DİM) Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən elektron imtahanlar korpusuna şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.

Əlavə olaraq bildirilir ki, hazırda sənəd qəbulu elektron qaydada davam edir. Vəkilliyə qəbulla bağlı elektron qeydiyyatdan keçmiş şəxslər noyabrın 19-dək ödəniş edə və ya elektron müraciətlərini təxirə sala bilərlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər