Bakıda bu zavod özəlləşdirilir
Cəmiyyət
376
17:47, Bu gün

Bakıda bu zavod özəlləşdirilir

“Zabrat maşınqayırma zavodu” ASC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib.

Bu barədə Moderator.az-a Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. 

Bildirilib ki, ASC-nin dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib. Zavodun özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar sərmayə qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 4.000.000 manatdan az olmayan investisiya proqramı təqdim etməli, iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, məhsul çeşidinin genişləndirilməsi ilə bağlı konkret təkliflər verməlidirlər.

Müəssisənin ümumilikdə 951 839 manat həcmində öhdəlikləri var. Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (2.850.000 manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.

Müsabiqədə ölkə vətəndaşları ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. İddiaçıların ərizə və təkliflərinin qəbulu 2025-ci il 15 dekabr tarixinədək (iş günləri saat 10:00-dan 17:30-dək) Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaq.

Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Xidmətin inzibati binasında 2025-ci il 16 dekabr tarixində saat 15:00-dan başlayaraq həyata keçiriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər