Füzulidə yeni məktəb binası istifadəyə verilib - FOTO
Cəmiyyət
222
16:58, Bu gün

Füzulidə yeni məktəb binası istifadəyə verilib - FOTO

Füzuli rayonunun Aşağı Alıxanlı kəndində 132 şagird yerlik tam orta məktəbin yeni inşa edilən binası istifadəyə verilib.

Bu barədə Moderator.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müasir memarlıq üslubunda tikilən bina funksionallığı, təhlükəsizliyi və tədris imkanları ilə seçilir.Yeni məktəb binasında tədrisin yüksək səviyyədə təşkili üçün lazımi şərait yaradılıb. Məktəbdə 10 sinif otağı, 1 məktəbəhazırlıq otağı, 3 laboratoriya və 2 əmək otağı yaradılıb.

Qeyd edək ki, şagirdlərin bilik və bacarıqlarını genişləndirməsi üçün informatika və çağırışaqədərki hazırlıq kabinetləri, eləcə də kitabxana və oxu zalı fəaliyyət göstərir.

Təhsil ocağında sosial-inzibati infrastruktur da tam şəkildə qurulub. Məktəbdə akt zalı, yeməkxana, müasir tələblərə cavab verən idman zalı və açıq idman meydançası istifadəyə verilib. Binanın bütün mühəndis-kommunikasiya sistemləri yenilənib, ətraf ərazi abadlaşdırılıb. Aşağı Alıxanlı kəndində yeni məktəb binasının istifadəyə verilməsi şagirdlər üçün müasir, rahat və təhlükəsiz təhsil mühiti yaradaraq tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.

Füzulidə yeni məktəb binası istifadəyə verilibFüzulidə yeni məktəb binası istifadəyə verilibFüzulidə yeni məktəb binası istifadəyə verilibFüzulidə yeni məktəb binası istifadəyə verilibFüzulidə yeni məktəb binası istifadəyə verilib

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər