Bakı Metropolitenində yeni təyinat
Cəmiyyət
339
15:00, Bu gün

Bakı Metropolitenində yeni təyinat

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinə yeni rəis təyin edilib.
 
Oxu.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, QSC sədri Vüsal Aslanovun müvafiq əmri ilə sözügedən vəzifəyə Samir Allahverdiyev gətirilib.
 
Qeyd edək ki, Samir Allahverdiyev bundan əvvəl "Umid Babek Operating Company" və "AzərGold" şirkətlərində sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit xidmətinin (SƏTƏM) müdiri olub.
 
Xatırladaq ki, bu ilin aprel ayında sözügedən vəzifəyə təyin edilən Aqil Allahverdiyev oktyabrda karyera yüksəlişini fərqli istiqamətdə davam etdirmək istəyini bildirərək öz ərizəsi ilə işdən ayrılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər