Qatarlar heyvanlarla 48 dəfə toqquşub
Cəmiyyət
288
13:53, Bu gün

Qatarlar heyvanlarla 48 dəfə toqquşub

Bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sərnişin və yük qatarlarının qarşısına heyvanların çıxması nəticəsində 48 toqquşma hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə ADY QSC-nin vətəndaşlara müraciətində bildirilib.
 
Müraciətdə qeyd edilib ki, sahibsiz buraxılan mal-qara qatarların hərəkətinə ciddi təhlükə yaradır:
 
"Bu ilin 10 ayı ərzində ADY-nin sərnişin və yük qatarlarının qarşısına heyvanların çıxması nəticəsində 48 toqquşma hadisəsi baş verib. Nəticədə qatarlara ciddi maddi zərər dəyib, qrafikdə gecikmələr yaşanıb, heyvanlar tələf olub".
 
"Bir daha hamımızın sərvəti olan qatarları qorumağa çağırır və xatırladırıq ki, heyvanları nəzarətsiz buraxmaq kimi məsuliyyətsiz hərəkət Azərbaycan qanunvericiliyi əsasında cərimələnmə ilə nəticələnir," - deyə müraciətdə bildirilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər