Həbs edilən sabiq icra başçıları YAP-dan çıxarılacaqlar
Cəmiyyət
177
13:41, Bu gün

Həbs edilən sabiq icra başçıları YAP-dan çıxarılacaqlar

Məlum olduğu kimi, bir müddət əvvəl Qax rayonunun icra başçısı Musa Şəkiliyev və Balakənin icra başçısı İslam Rzayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Korrupsiya cinayətlərində ittiham olunan sabiq məmurların hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. M.Şəkiliyev və İ.Rzayev Yeni Azərbaycan partiyasının (YAP) üzvləridir. Bu məqamda onların partiyadan xaric olunmaları məsələsi gündəmə gəlib.
 
Moderator.az xəbər verir ki, YAP-ın Veteranlar Şurasının sədri Arif Rəhimzadə məsələ ilə bağlı "Unikal"a açıqlama verib:
 
"Həmin şəxslər mütləq partiyadan çıxarılacaqlar. Sadəcə bunun həyata keçirilməsi üçün məhkəmənin hökmü olmalıdır", - deyə o qeyd edib.
 
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov isə qeyd edib ki, hakim partiyanın bu məsələlərlə bağlı prinsipial və qətiyyətli mövqeyi var: "Digər tərəfdən, əgər YAP-ın üzvü olan şəxs hər hansı cinayətdə ittiham edilirsə və məhkəmin yekun qərarı yoxdursa, bu halda onun partiyadan çıxarılması məsələsi bir qədər yubnana bilir. Məhkəmənin hökmü varsa, deməli, həmin şəxsə cinayətkar statusu verilir. Ondan sonra partiyada həmin şəxs barəsində adekvat qərar qəbul olunur".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər