Mingəçevir Su Anbarında suyun səviyyəsi 2 metrdən çox aşağı düşüb
Cəmiyyət
259
11:25, Bu gün

Mingəçevir Su Anbarında suyun səviyyəsi 2 metrdən çox aşağı düşüb

Mingəçevir Su Anbarında suyun səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 metr 50 santimetr azalıb.
 
Moderator.az xəbər verir ki, hazırda anbarda suyun səviyyəsi 78 metr 20 santimetr təşkil edir.
 
Mütəxəssislərin fikrincə, adətən bu dövr su hövzələri üçün nisbətən azsululuq dövrü kimi xarakterizə olunur. Bu səbəbdən hövzələrdə gündəlik 1-2 santimetr dəyişiklik nəzərə alınmazsa, durum stabil olaraq dəyərləndirilir.
 
Məsələn, Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi son iki gün ərzində müvafiq şkalanın 1 metr 113 santimetr həddində dəyişməz qalıb, Zərdab rayonunda isə cəmi 1 santimetr həddundə dəyişib.
 
Digər çaylarda da sabit dinamika yaşanır. Qanıx çayında saniyədə 45 kubmetr su axını müşahidə olunur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər