Bakı–Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Cəmiyyət
165
11:28, Bu gün

Bakı–Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin olundu

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 14, 15 və 16 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər həyata keçirəcək.
 
Moderator.az xəbər verir ki, qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.
 
Eyni zamanda, sərnişinər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.
 
Link kopyalandı!
Son xəbərlər