Pensiya alan 123 min şəxsin rəsmi iş yeri də var
Cəmiyyət
597
17:50, Bu gün

Pensiya alan 123 min şəxsin rəsmi iş yeri də var

2025-ci ilin 1 yanvar tarixinə olan statistikaya görə yaşa görə əmək pensiyası alan 123 320 nəfər aktiv əmək müqaviləsi ilə işləyir və işsizlikdən sığorta haqqı ödəyir. 2024-cü ilin eyni dövründə bu göstərici 135 511 nəfər təşkil edirdi.

Moderator.az xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının işsizlikdən sığorta fondunun 2026-cı il büdcə layihəsinə verdiyi rəydə əksini tapıb.

Sənəddə bildirilir ki, hazırda yaşa görə əmək pensiyası alan şəxslər işsizlikdən sığorta haqlarını ödəsələr də, işsizlər üçün nəzərdə tutulmuş sosial imkanlardan istifadə edə bilmirlər.

"Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər işsiz kimi qeydiyyata alınmır. Nəticədə, onlar işsizlik sığortası ödənişi, peşə hazırlığı, ictimai işlər və digər məşğulluq proqramlarından yararlana bilmirlər.

Hesablama Palatası bildirib ki, bu hüquqi ziddiyyətin aradan qaldırılması üçün qanuna açıq norma əlavə edilməli və yaşa görə əmək pensiyası alan şəxslərin işsizlikdən sığorta haqlarına cəlb edilməsindən istisna olunması təmin edilməlidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər