Günel Bəhramqızı şöbə rəisi təyin edildi
Cəmiyyət
287
12:43, Bu gün

Günel Bəhramqızı şöbə rəisi təyin edildi

Aparıcı Günel Bəhramqızı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya idarəsinin rəis müavini - media şöbəsinin rəisi təyin edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, özü sosial şəbəkə hesabında paylaşım edib.
 
"Bu gündən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya idarəsinin rəis müavini - media şöbəsinin rəisi kimi fəaliyyətimi davam etdirirəm.
 
Göstərilən etimada görə təşəkkürümü bildirirəm. Peşəkarlıq və məsuliyyət bundan sonra da əsas iş prinsipim olaraq qalacaq. Media və ictimaiyyətlə açıq, çevik və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq qurmaq üçün çalışacağam", - o bildirib.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər