Baş nazir yeni qərar İMZALADI
Cəmiyyət
204
10:32, Bu gün

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
 
Qərara əsəsən, balıqçılıq və balıq ovu ilə bağlı xərclər, eləcə də Prezidentin Protokol Xidmətinin xərcləri büdcə xərclərinin funksional təsnifatına əlavə edilib.
 
"Balıqçılıq və balıq ovu" köməkçi bölməsinə balıqçılıq su obyektlərində həyata keçirilən fəaliyyət növləri, balıqçılıqla bağlı xidmətlərə rəhbərlik, balıq və digər su bioresurslarının mühafizəsi, artırılması, yetişdirilməsi, bərpası və səmərəli istifadəsi, balıq və digər su bioresurslarının ovlanması fəaliyyətinə nəzarət və onların tənzimlənməsi, balıqçılıq sahəsində məlumatların yayılması üzrə xidmətlər, həmin xidmətlərin idarə edilməsi, balıqçılıqla bağlı layihələrin hazırlanması, akvakulturanın davamlı inkişafı, balıqartırma müəssisələrinin yaradılması, saxlanması və bu qəbildən olan digər xərclər daxildir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər