Bizi sosial şəbəkələrdən izləyin:
Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə fəaliyyəti həyata keçirilir.
Moderator.az xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, aparılan əməliyyatlar zamanı ümumilikdə 223.7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
"İndiyədək 1 059 ədəd piyada əleyhinə mina, 99 ədəd tank əleyhinə mina və 49 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib", - deyə qurumdan əlavə olunub.
Qeyd edək ki, ANAMA-nın həftəlik məlumatına əsasən, ötən ay azad olunan ərazilərdə 7 022.1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Xatırladaq ki, Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il aprelin 19-da əldə olunmuş razılaşma əsasında qaytarılıb. Delimitasiya işləri nəticəsində 12.7 km uzunluğunda sərhəd xətti müəyyən edilib.