Azyaşlılar üzərindən pul qazananlar - VİDEO
Cəmiyyət
199
10 Nov 2025 | 23:50

Azyaşlılar üzərindən pul qazananlar - VİDEO

Azyaşlıların sosial şəbəkələrdə istismarı cəmiyyəti narahat edən ciddi məsələlərdən biridir.

Bəzi bloqerlər övladlarını sosial şəbəkələrdə nümayiş etdirərək onlardan gəlir əldə edir, hətta bu yolla məşhurlaşırlar.

Psixoloq Aygül Məlikova bildirib ki, bu kimi hallar uşaqların normadan daha tez böyüməsinə və yaşlarına uyğun olmayan davranış vərdişləri qazanmasına səbəb olur:

"Belə vəziyyətlər uşaqlarda fərqli bir həyat tərzinə meyil yaradır. Bu da o deməkdir ki, uşaq real həyatda baş verənlərlə barışmır və bir müddətdən sonra daha fərqli maraqlar axtarmağa başlayır. Bu problemin kökündə isə valideynlərin övladlarına göstərdikləri yanlış davranış nümunələri dayanır".

Ətraflı Baku TV-nin süjetində:

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər