Bərdədə nənə və nəvə dəm qazından öldü
Cəmiyyət
708
09 Nov 2025 | 20:32

Bərdədə nənə və nəvə dəm qazından öldü

Bərdədə nənə və nəvə dəm qazından boğulub.

Moderator.az APA - ya istinadən xəbər verir ki, hadisə rayonun Tumaslı kəndində qeydə alınıb.

Kənd sakini Fətəliyeva Aytən Əsgər qızı və onun nəvəsi Nəcəfov Sadiq Orxan oğlu dəm qazından zəhərlənib.

Hadisənin nənə nəvəsini çimizdirərkən baş verdiyi bildirilir.

Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər