Vətən müharibəsi iştirakçısı:
Cəmiyyət
335
17:32, Bu gün

Vətən müharibəsi iştirakçısı: "Döyüşə başlayanda 124 nəfər idik, sonda 20 nəfər qalmışdıq"

"Hər zaman torpaqlarımızı geri qaytaracağımıza inanırdıq. Amma bunun nə zaman olacağını bilmirdik".

Bunu Baku TV-yə müsahibəsində Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Nizami Əliyev deyib.

"Fəxr edirik ki, bu tarixi yazmaq, torpaqlarımızı geri qaytarmaq bizə qismət oldu", - deyə o əlavə edib.

Nizami Əliyev həmçinin "Əfsanəvi tabor"un qəhrəmanlığından bəhs edib: "Əfsanəvi tabor" ən ağır döyüşlərdə iştirak edib. Müharibənin ilk günündən son saatlarına qədər döyüşlərdə olub. Müharibəyə başlayanda şəxsi heyətim 124 nəfər idi. Amma döyüşlərin sonunda taborda 20-yə yaxın əsgər qalmışdı. Tabora bu adı qazandıran onun qəhrəman döyüşçüləridir".

Daha ətraflı videomaterialda:

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər