24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib - FOTO
Cəmiyyət
1043
09:00, Bu gün

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib - FOTO

Moderator.az xəbər verir ki, 6 noyabr 2025-ci il tarixində 24 nömrəli Onbirillik Musiqi Məktəbində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şəhid ailələri, məktəbin müəllim və şagird kollektivi, həmçinin qonaqlar iştirak ediblər. Tədbirin məqsədi Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igidlərimizin xatirəsini anmaq, onların ailələrinə hörmət və minnətdarlığı ifadə etmək olub. Tədbir zamanı şəhid ailələrinə 400-dən artıq şəhidin şəkilini çəkərək hədiyyə edən rəssam Əminə Feyziyeva tərəfindən portretlər təqdim olunub.

Bu layihə artıq iki ildir ki, məktəbin rəhbərliyinin təşəbbüsü ilə Zəfər Günü münasibətilə ənənəvi şəkildə həyata keçirilir. Tədbir şəhidlərin ruhuna ehtiramla, Zəfər Gününün əzəmətinə uyğun yüksək ruhda keçib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər