Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyeva ana olub
Cəmiyyət
243
07 Nov 2025 | 23:57

Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyeva ana olub

2020-ci ildə Ermənistanın Gəncədə törətdiyi terror aktı nəticəsində valideynlərini itirən Sevil Əliyeva ana olub.

Moderator.az xəbər verir ki, bu barədə "Təsir Dairəsi" verilişində məlumat verilib.

Bildirilib ki, körpəyə Rəşad adı verilib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terror aktı zamanı 16 yaşlı Sevil və onun səkkiz yaşlı qardaşı Hüseynin hər iki valideyni dağıntı altında qalaraq həyatlarını itirmişdi.

Qeyd edək ki, terror hadisəsi baş verən gecə dağıntılar altında qalan Sevil açıqlamalarından birində onu sinif yoldaşı Talış adlı oğlanın xilas etdiyini bildirmişdi. Sevilin ailə qurduğu gənc onu dağıntılar altından çıxaran həmin sinif yoldaşıdır.

Link kopyalandı!
Son xəbərlər