ADSEA-də Zəfər Günü münasibətilə tədbir keçirildi - FOTO
Cəmiyyət
443
16:30, Bu gün

ADSEA-də Zəfər Günü münasibətilə tədbir keçirildi - FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

Moderator.az xəbər verir ki, tədbirdə Agentliyin sədrinin birinci müavini Xəyyam Məmmədov, sədr müavinləri İlham Bayramov və İlqar Gülməmmədov, həmçinin şöbə və sektor müdirləri, şəhid ailələri və qazilər iştirak ediblər.

Əvvəlcə Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsinin xalqımızın birlik, cəsarət və qətiyyət rəmzinə çevrildiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı şanlı Zəfərin Azərbaycan tarixində əbədi iz qoyduğunu vurğulayıblar.

Bu Qələbə hər bir azərbaycanlının qəlbində qürur və fəxr hissi yaradır, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayır.

 

14313251431326143132714313281431329143133014313311431332143133314313341431335

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər