Daha bir yerdə hərəkət intensivliyi və piyada təhükəsizliyi artırılıb
Cəmiyyət
415
15:30, Bu gün

Daha bir yerdə hərəkət intensivliyi və piyada təhükəsizliyi artırılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, yol hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə daha bir layihə icra edilib.

Moderator.az agentliyə istinadən xəbər verir ki, Məhəmməd Hadi və Qaçaq Nəbi küçələrinin kəsişməsində hərəkət intensivliyi və piyada təhükəsizliyi səviyyəsinin artırılması məqsədilə Məhəmməd Hadi küçəsində yeni təhlükəsizlik adacağı inşa edilərək hərəkət kanallaşdırılıb, yeni piyada keçidləri və panduslar təşkil olunub.

Adacığın inşası ilə Qaçaq Nəbi küçəsindən gələn avtomobillərin "Ukrayna dairəsi" istiqamətində birbaşa hərəkəti təmin edilib. Həmçinin metronun "Qara Qarayev" stansiyası istiqamətindən gələn nəqliyyat vasitələrinin "Ukrayna dairəsi" istiqamətində fasiləsiz hərəkətini təmin etmək məqsədilə ilk dəfə 5.53 – "Daimi sağa dönmə" yol nişanı tətbiq edilib.

Eyni zamanda, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) işıqforların iş rejimini dəyişdirib, piyadaların rahatlığı üçün yeni piyada bölmələri quraşdırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər