Bizi sosial şəbəkələrdən izləyin:
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası"nda dəyişiklik edilib.
Moderator.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.
Fərmana əsasən, Agentliyin sərbəst maliyyə vəsaitinin maliyyə alətlərinə investisiya edilməsini Agentliyin İdarə Heyətinin qərarına əsasən, yalnız "Qiymətli kağızlar bazarı haqqında" qanunda nəzərdə tutulmuş lisenziyalaşdırılan şəxs həyata keçirir. Onunla "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq satınalma müqaviləsinin bağlanılması tələbi ləğv edilib.