Nazirdən deputatların maaş artımı təklifinə REAKSİYA
Cəmiyyət
419
14:36, Bu gün

Nazirdən deputatların maaş artımı təklifinə REAKSİYA

“Azərbaycanın nüfuzu artır, beynəlxalq mövqeyi güclənir, diplomatik nümayəndəliklərin də sayı artır. Buna görə, bu sahəyə vəsait ayrılması da vacibdir”.
 
Moderator.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2026-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.
 
Sahil Babayev deputatlar tərəfindən səsləndirilən diplomatların maaşının artırılması təkliflərinə münasibət bildirib:
 
“Diplomatların əməkhaqqının artırılması təklifinə gəlincə, bu, ötən il artıb. Onların əməkhaqqı BMT-nin müəyyən etdiyi mexanizm əsaında həyata keçirilir”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər