“Əli Kərimli ölkəmizin uğursuzluqla assosiasiya olunan keçmişidir! ”
Cəmiyyət
1093
14:55, Bu gün

“Əli Kərimli ölkəmizin uğursuzluqla assosiasiya olunan keçmişidir! ”

Ədalət, Hüquq, Demokratiya Partiyasının Baş katibi Niyaməddin Orduxanlı partiyanın mətbuat xidmətinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

Niyaməddin bəy, Əli Kərimli və onun müti təbliğatçıları sistemli olaraq konstruktiv müxalif qüvvələri aşağılayıcı epitetlərlə hədəfə alırlar. Bununla nəyə nail olmaq istəyirlər?

- Elçibəyin AXCP sədri olduğu dönəmdə partiyanın rəhbərliyində təmsil olunmuş bir nəfər belə o partiyada qalmayıb. Cəmiyyətdə yenilik istəyən müəyyən gənclər onun reallıqdan uzaq bəlağətli çıxışlarına inanıb partiyaya gəlir və bir müddətdən sonra azacıq düşünmə imkanı olanlar onun əsl məqsədlərini anlayaraq ordan uzaqlaşırlar. Əlbəttə onunla iş birliyində olan bir neçə nəfər var ki, dediyiniz kimi , onun müti təbliğatçısına çevrilib. Qüdrət bəy ƏHD partiyasını sədri kimi partiyanın üzvlərinə deyir ki, kim hesab etsə ki, o ideyalarını başqa bir təşkilatda daha uğurla həyata keçirə bilər, biz ona yaxşı yol deyib , yalnız uğurlar arzu edəcəyik. Əli Kərimli isə deyir ki, kim onun sədri olduğu partiyadan getsə , siyasi mübarizədə başqa yol seçsə həmin adam , təhqir olunacaq ,aşağılanacaq , ideyalarına və xalqa xəyanətdə ittiham olunacaq. İnsanları bu yolla şantaj edib zorla yanlarında saxlamaq istəyirlər. Kərimli deyir ki, cəmiyyəti dəyişmək üçün mövcud hakimiyyəti dəyişmək lazımdı. Onun bu təklifi həm real deyil , həm də hal-hazırda antikonstitusion yolla hakimiyyət dəyişikliyi ölkəmizi fəlakətə sürükləyər. Ən yeni tariximiz sübut edib ki,onların iqtidarı tanımamaq siyasəti nə demokratiyaya ,nə qanunun aliliyinin təmin edilməsinə heç bir töhfə verməyib. Yalnız ermənipərəst xarici düşmənlərə imkan verib ki, ölkəmizə qarşı gözdənsalama kampaniyası aparsınlar. Bir də bir neçə gəncə və onların ailəsinə əlavə mərhumiyyətlər yaradıb.

Sizin partiyanın onlardan prinsipial fərqi nədir?

- Biz onlardan fərqli olaraq hazırda iqtidarın dəyişməsini yox, onun islahatlar həyata keçirməsini istəyirik. Onlar prezident İlham Əliyevin Qarabağı azad edəcəyinə inanmadıqları kimi , buna da inanmır. Biz isə inanırıq və bu islahatların İlham Əliyev tərəfindən qansız- qadasız həyata keçirilməsini xalqımız üçün daha faydalı hesab edirik. Onlar hakimiyyətə can atır, biz isə yuxarıdan həyata keçiriləcək islahatlarla ölkəmizin yaxşıya doğru dəyişməsini, daha da inkişaf etməsini istəyirik . Onlar iqtidarla əməkdaşlığı lənətləyir (gündüzlər ) , biz isə bunu dövlətimiz və siyasi sistemin inkişafı üçün faydalı sayırıq. Onlardan fərqli olaraq biz tənqidi qərəzli və düşməncəsinə etmirik , iqtidarın uğurlarını qeyd etməkdən də çəkinmirik. Onlar bütün problemlərimizdə iqtidarı günahlandırır , biz isə bir çox problemlərin xalqın inkişaf səviyyəsindən, regional geosiyasi reallıqlardan qaynaqlandığını söyləyirik. Onlar uğursuzluqlarına görə xalqı ittiham edir, onu qorxaqlıqda suçlayır. Biz isə xalqla işləməyi , onu böyük dəyişikliklərə hazırlamağı məqbul sayırıq. Onlar qərar qəbul edərkən siaysi sifarişləri kənar güclərdən alırlar, yaxud korporativ maraqlarından çıxış edirlər , biz isə xalqın maraqlarından çıxış edərək fəaliyyət göstəririk.Onlar nifrət yayır,cəmiyyətdə qütbləşmə yaratmaq istəyir , biz isə buna qarşıyıq və əməkdaşlıqdan yanayıq. Biz söyüşə qarşıyıq, onlar isə həmin şəxslərə efir verməklə , onları tanıtmaqla onlarla birlikdə olduqlarını nümayiş etdirirlər. Bu müqayisəni uzatmaq da olar, amma hesab edirəm qeyd etdiklərim yetərlidi ki, insanlarımız bizim aramızdakı fərqləri görsün. Biz öz ideyalarımızla və fəaliyyətimizlə ölkənin gələcəyi ,onlar isə uğursuzluqla assosiasiya olunan keçmişidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər