Cəmiyyət
248
13:34, Bu gün

"Üç və daha çox uşağı olanlar beş il tez güzəştlə pensiyaya çıxsınlar" - Deputadan TƏKLİF

"Pensiyaya tez çıxmaq istiqamətində bizə xeyli suallar verilir. Son illər yaxşı addımlar atılır. Güzəştli şərtlərlə pensiyaya çıxanların dairəsi genişlənir. Növbəti illərdə pensiyaya güzəştli şərtlərlə çıxanların dairəsinin genişləndirilməsi istiqamətində hansı addımların nəzərdə tutulduğunun açıqlanmasını istərdim".
 
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
 
Deputat bildirib ki, Azərbaycanda 5 il tez pensiyaya çıxmaq güzəşti 5 və ondan artıq uşağı olan analara verilib: "Gənc ailələrdə 5 və ondan artıq uşaq çox nadir hadisədir. Təklif edirəm ki, 3 və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxmasının tətbiq olunması istiqamətində qanunvericilikdə dəyişikliklər olunsun".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər