Baş prokuror:
Cəmiyyət
293
10:54, Bu gün

Baş prokuror: "Azad olunmuş ərazilərdə xidməti fəaliyyət üçün bütün zəruri şərait yaradılıb"

"Azad olunmuş ərazilərdə əməkdaşların xidməti fəaliyyətinin təminatı üçün bütün zəruri şərait yaradılıb".
 
Moderator.az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi" mövzusunda konfransda deyib.
 
K.Əliyev qeyd edib ki, azad edilmiş ərazilərdə hüquq qaydasının qorunması, qanunların düzgün icrasına nəzarət, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, həmçinin dövlət maraqlarının qorunması bu vəzifələrin əsas istiqamətlərini təşkil edir:
 
"Bu məqsədlə Baş Prokurorluq tərəfindən kompleks tədbirlər həyata keçirilir. Azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyəti bərpa olunub, kadr təminatı gücləndirilib və əməkdaşların xidməti fəaliyyətinin təminatı üçün bütün zəruri şərait yaradılıb. O baxımdan, prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr düşür".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər