Bizi sosial şəbəkələrdən izləyin:
Bu ilin oktyabr ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 98 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.
Moderator.az xəbər verir ki, bu barədə mərkəz məlumat yayıb.
Bildirilib ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 94 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.
Pasiyentlərin 44 nəfəri dərman preparatlarından, 30 nəfəri sirkə turşusundan, 5 nəfəri spirtli içkilərdən, 5 nəfəri ilan sancmasından, 3 nəfəri allergik reaksiyalardan, 2 nəfəri yandırıcı məhlullardan, 1 nəfəri fosfor üzvi birləşmələrindən, 5 nəfəri anafilaktik şokdan, 3 nəfəri isə dəm qazından zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.
Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji və reanimasion yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.
Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 4 nəfərin (3 kişi və 1 qadın) həyatını xilas etmək mümkün olmayıb.
Ölüm hallarının əsas səbəbləri ağır dərəcəli anafilaktik şok, sirkə turşusu ilə zəhərlənmə və dərman preparatlarının yüksək dozada qəbulu nəticəsində yaranmış toksik vəziyyət olub.