Bu həftədən tətil başlayır - Ardıcıl 4 gün iş olmayacaq
Cəmiyyət
658
09:30, Bu gün

Bu həftədən tətil başlayır - Ardıcıl 4 gün iş olmayacaq

Bu həftəsonundan başlayaraq Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq.
 
Moderator.az xəbər verir ki, 8 Noyabr - Zəfər Günü şənbə, 9 Noyabr Dövlət Bayrağı Günü isə bazar gününə təsadüf edir.
 
Qanunvericiliyə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
 
Bununla da, noyabrın 8, 9, 10 və 11-i qeyri-iş günləri hesab olunacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər