Şəkidən axan dağ çaylarında mühafizə tədbirləri aparılır
Cəmiyyət
476
15:00, Bu gün

Şəkidən axan dağ çaylarında mühafizə tədbirləri aparılır

Şəkidən axan dağ çaylarında mühafizə tədbirləri aparılır, yaşayış məntəqələri və əkin sahələri seldən qorunur.

Bu barədə Moderator.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən məlumat verilib.

Bildirilib ki, idarə yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsini təmin etmək məqsədilə çayların hövzəsində müvafiq təmizləmə və təmir işləri görüb və bu işlər hazırda davam edir. Çay məcralarında mexanizmlərlə 2025-ci ilin əvvəlindən indiyədək 205 min m³ tənzimləmə işləri aparılıb.

Seldən mühafizə tədbirləri çərçivəsində rayonun Küngüt, Zəyzid, Kiş, Quruçay, Şin və Daşağıl çaylarında da çay məcrasının tənzimlənməsi, torpaq bəndin qurulması işləri həyata keçirilib.

Sakinlərin sözlərinə görə, yaz və payız aylarında çaylarda yaranan sel təhlükəsi hər kəsi narahat edirdi. Son vaxtlar görülən qabaqlayıcı tədbirlər isə onları bu təhlükədən qorumuş olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər