Bizi sosial şəbəkələrdən izləyin:
Bakı metropolitenində keçid zamanı test rejimində NFC texnologiyasını dəstəkləyən bütün yerli bank kartları, eləcə də Apple Pay və Google Pay vasitəsilə ödəniş etmək mümkündür.
Bu barədə Moderator.az–a “Bakı Metropoliteni” QSC-dən bildirilib.
“Yenilik hazırda Bənövşəyi xəttin bütün stansiyalarında – “Xocəsən”, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”da – sınaq mərhələsində tətbiq olunur və yaxın zamanda bütün xətlər üzrə aktivləşdiriləcək.
Sınaq mərhələsində texniki çətinliklərlə qarşılaşdıqda, sərnişinlər “BakıKart” və ya digər mövcud ödəniş üsullarından istifadə edə bilərlər”, – deyə qeyd olunub.