Meyitdən ürək köçürülən 21 yaşlı oğlanın atası DANIŞDI
Cəmiyyət
314
12:05, Bu gün

Meyitdən ürək köçürülən 21 yaşlı oğlanın atası DANIŞDI

Bakıda meyit donordan ürək köçürülən 21 yaşlı Rəşad Məmmədəliyev hazırda Mərkəzi Klinikada ciddi həkim nəzarətində saxlanılır.

Moderator.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Rəşad Məmmədəliyevin atası Abbasəli Məmmədəliyevdeyib.

O bildirib ki, oğlunda ürək problemi yaranandan sonra həkimə müraciət ediblər:

"Rəşadda yerimə problemi, təngnəfəslik və digər əlamətlər aşkarlanandan sonra müalicələr başlandı. Təxminən 5-6 ay əvvəl bir neçə həkimə müraciət edəndən sonra Mərkəzi Klinikada Kamran Musayevin qəbulunda olduq.

Kamran Musayev əməliyyatı üzərinə götürdü və oğlum üçün donor da tapıldı. Oktyabrın 23-də gecə saat 3 radələrində əməliyyat başlanıldı, günorta 11:30-da başa çatdı. 

Hazırda vəziyyəti yaxşıdır, palata şəraitində həkim nəzarətində saxlanılır. Həkim nəzarəti ilə qismən hərəkət edir, özünü normal hiss edir. Hələ ki, görüşə icazə vermirlər. Telefonla qısamüddətli danışır".

Link kopyalandı!
Son xəbərlər