Bizi sosial şəbəkələrdən izləyin:
Mərhum jurnalist Zülfüqar Hüseynzadə tərəfindən yaradılan Moderator.az informasiya portalının fəaliyyətə başlamasından bu gün 13 il ötür.
Moderator.az 2012-ci il noyabrın 1-də fəaliyyətə başlayıb.
Yarandığı gündən etibarən cəmiyyətin doğru və operativ məlumatlandırılmasını əsas məqsəd kimi qarşıya qoyan Moderator.az, peşəkar jurnalist heyətinin səyi nəticəsində qısa zamanda ölkənin aparıcı media orqanlarından birinə çevrilib.
Bu gün saytın baş redaktoru mərhum jurnalist Zülfüqar Hüseynzadənin oğlu Hüseyn Ələsgərovdur. Onun rəhbərliyi altında kollektiv Moderator.az-ın əsasını qoymuş Zülfüqar Hüseynzadənin media prinsiplərinə – obyektivlik, dəqiqlik və məsuliyyətə – sadiq qalaraq fəaliyyətini uğurla davam etdirir.
Moderator.az hazırda iki dildə – Azərbaycan və rus dillərində yayımlanır. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair xəbərlərlə yanaşı, region və dünyada baş verən hadisələr haqqında da operativ məlumatlar yer alır.
Qeyd edək ki, saytın qurucusu, tanınmış jurnalist Zülfüqar Hüseynzadə, 2023-cü ilin iyun ayında doğma yurdu – Kəlbəcər rayonunun Başlıbel kəndinə səfəri zamanı vəfat edib.
Moderator.az kollektivi bu gün də onun ideyalarına və jurnalistikanın əsl missiyasına sadiq qalaraq fəaliyyətini davam etdirir.