Xocalıda Birinci Qarabağ müharibəsinin iki itkin-şəhidi dəfn edildi
Cəmiyyət
1478
31 Oct 2025 | 11:19

Xocalıda Birinci Qarabağ müharibəsinin iki itkin-şəhidi dəfn edildi

Oktyabrın 31-də Xocalı şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən iki şəhid Çingiz Usub oğlu Hüseynov və Səfər Qarsalan oğlu Qəmbərov torpağa tapşırılıblar.
 
Moderator.az xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
 
Verilən məlumata görə, hər iki şəhid müvəqqəti məskunlaşdıqları rayonlarda keçirilən vida mərasimlərindən sonra Xocalı şəhər Şəhidlər xiyabanında dəfn edilib.
 
Dəfn mərasimlərində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri, Xocalı Rayon İcra Hakimiyyətinin rəsmiləri, deputatlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Qeyd edək ki, Çingiz Usub oğlu Hüseynov 1955-ci il mayın 4-də Xocalı rayonunda anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalıda gedən döyüşlər zamanı itkin düşüb.
 
Digər şəhid Səfər Qarsalan oğlu Qəmbərov isə 1961-ci ildə Xocalı rayonunda anadan olub və 1992-ci ildə Xocalı döyüşləri zamanı itkin düşmüşdü.
 
Link kopyalandı!
Son xəbərlər