Sertifikasiyadan yüksək bal toplayan müəllimə vəzifə verildi
Cəmiyyət
369
30 Oct 2025 | 23:37

Sertifikasiyadan yüksək bal toplayan müəllimə vəzifə verildi

Müəllimlərin sertifikatlaşdırma imtahanında yüksək bal toplayan müəllimə vəzifə verilib.

Moderator.az xəbər verir ki, Günel Süleymanova müvafiq əmrlə Laçın rayon 10 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsini icra edəcək.

Qeyd edək ki, G.Süleymanova ötən il müəllimlərin sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərib. O, qiymətləndirmənin test mərhələsində 53 bal toplayıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər