Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirilib
Cəmiyyət
367
18:00, Bu gün

Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirilib

Məşhur dirijor, professor Rauf Abdullayev Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzi məlumat yayıb.

O qeyd edib ki, bir neçə gün əvvəl yıxılıb və xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Bakı Sağlamlıq Mərkəzindən isə bildirilib ki, Rauf Abdullayev halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətlərilə klinikaya daxil olub.

"Müvafiq klinik, laborator, instrumental müayinələr olunduqdan sonra travmatoloq, fizioterapevt konsultasiyaları olundu və müvafiq müalicə təyin edilib", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Rauf Abdullayevin 88 yaşı tamam olur.

Link kopyalandı!
Son xəbərlər