Cəmiyyət
613
30 Oct 2025 | 17:56

"Əlimlə deyirəm "dayan", qaza basır" - Gəncənin Əziz Əliyev prospektində niyə qəzaların sayı-hesabı yoxdur? - VİDEO

Gəncə şəhəri, Əziz Əliyev prospektində yaşayan bir qrup sakin evlərinin yaxınlığından keçən yolda avtomobillərin sürətlə hərəkət etməsi və bunun tez-tez qəzalara səbəb olmasından şikayətlənirlər.

Vətəndaşların sözlərinə görə, piyada zolağına məhəl qoymayan sürücülərə görə onlar təhlükə ilə üz-üzə qalırlar.

Məsələ ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər sürət həddinin tənzimlənməsi üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsini xahiş edirlər.

"Burada dəfələrlə dəhşətli qəzalar baş verib. Uşaqlar məktəbə gedib-gələ bilmirlər. Yolun o tərəfindən bu tərəfinə qışqırırlar ki, bizi keçirin. Sürücüyə əlinlə işarə edirsən ki, dayansın, qaza basır", - deyə sakin Ramal Hüseynov narazılığını bildirib.

Daha ətraflı videomaterialda:

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər