Gəncə şəhəri, Əziz Əliyev prospektində yaşayan bir qrup sakin evlərinin yaxınlığından keçən yolda avtomobillərin sürətlə hərəkət etməsi və bunun tez-tez qəzalara səbəb olmasından şikayətlənirlər.
Vətəndaşların sözlərinə görə, piyada zolağına məhəl qoymayan sürücülərə görə onlar təhlükə ilə üz-üzə qalırlar.
Məsələ ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər sürət həddinin tənzimlənməsi üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsini xahiş edirlər.
"Burada dəfələrlə dəhşətli qəzalar baş verib. Uşaqlar məktəbə gedib-gələ bilmirlər. Yolun o tərəfindən bu tərəfinə qışqırırlar ki, bizi keçirin. Sürücüyə əlinlə işarə edirsən ki, dayansın, qaza basır", - deyə sakin Ramal Hüseynov narazılığını bildirib.
Daha ətraflı videomaterialda: