Dövlət sərhədindən buraxılış məntəqələrinin genişləndirilməsi üçün torpaq sahələri alınacaq
Cəmiyyət
273
17:13, Bu gün

Dövlət sərhədindən buraxılış məntəqələrinin genişləndirilməsi üçün torpaq sahələri alınacaq

Dövlət sərhədindən buraxılış məntəqələrinin genişləndirilməsi, o cümlədən sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkili məqsədilə Qazax rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 0,49 hektar və Qazax rayonu Şıxlı Bələdiyyəsinin mülkiyyətində 5,53 hektar, Qusar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 8,27 hektar və Qusar rayonu Samur Bələdiyyəsinin mülkiyyətində 2,752 hektar olmaqla, ümumilikdə dövlət mülkiyyətində olan 8,76 hektar torpaq sahəsi üzərində istifadə hüququ və bələdiyyə mülkiyyətində olan 8,282 hektar torpaq sahəsi dövlət ehtiyacları üçün alınacaq.

Moderator.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Dövlət Gömrük Komitəsi alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaratmalı, dövlət sərhədindən buraxılış məntəqələrinin genişləndirilməsi məqsədilə layihə altına düşən alınan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun həyata keçirilməsini təmin etməlidir.

Eyni zamanda Dövlət Gömrük Komitəsi layihə çərçivəsində tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınmasının Dövlət Gömrük Komitəsinin tabeliyində olan“Azərterminalkompleks” Birliyinin gəlirləri hesabına maliyyələşdirilməsini təmin etməli, alınan daşınmaz əmlak və alınmanın təsirinə məruz qalan şəxslər, onlara ödənilmiş kompensasiyanın məbləğləri barədə məlumatı altı ayda ən azı bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Link kopyalandı!
Son xəbərlər