Cəmiyyət
557
17:09, Bu gün

"Yüksəkixtisaslı miqrant” portalı haqqında Əsasnamə təsdiqlənib

"Yüksəkixtisaslı miqrant” portalı haqqında Əsasnamə” və “Yüksəkixtisaslı miqrant” portalına inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısı” təsdiqlənib.

Moderator.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

"Yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 156 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə "Yüksəkixtisaslı miqrant" portalı haqqında Əsasnamə" və "Yüksəkixtisaslı miqrant" portalına inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısı" təsdiq edilmişdir.

Qərar "Yüksəkixtisaslı miqrant" portalının fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. "Yüksəkixtisaslı miqrant" portalı müasir tələblərə cavab verən yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə onların Yüksəkixtisaslı Miqrant Proqramı çərçivəsində müraciətlərinin elektron qaydada qəbulunu və cavablandırılmasını, eyni zamanda Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərin, habelə xarici hüquqi şəxsin nümayəndəliyinin və ya filialının sorğusu əsasında onların yüksəkixtisaslı miqrantlarla əlaqələndirilməsini təmin edəcəkdir.

Link kopyalandı!
Son xəbərlər