Paytaxtda yeni parklanma yerləri təşkil edildi
Cəmiyyət
1088
15:47, Bu gün

Paytaxtda yeni parklanma yerləri təşkil edildi

Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsində beş parklanma məntəqəsi yaradılaraq sürücülərin istifadəsinə verilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılıb.
 
Yaxın günlərdə Uluxanlı və Füzuli küçələrində də parklanma yerləri istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq yol nişanları quraşdırılaraq yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarında olacaq.
 
Parklanmanın düzgün idarə edilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkan yaradır.
Link kopyalandı!
Son xəbərlər