Növbəti köç karvanı Vəngli kəndinə çatdı - YENİLƏNİB
Cəmiyyət
1082
30 Oct 2025 | 14:10

Növbəti köç karvanı Vəngli kəndinə çatdı - YENİLƏNİB

Ağdərə rayonuna yola salınan növbəti köç karvanı Vəngli kəndinə çatıb, mənzillərin açarları təqdim edilib.
 
Moderator.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
 
Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin sayı 85-ə (329 nəfər) çatıb.
 
12:20
 
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdərə rayonunun Vəngli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
 
Moderator.az xəbər verir ki, bu mərhələdə Vəngli kəndinə 9 ailə - 38 nəfər köçürülüb.
 
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər