Saxlanılan icra başçısı kimdir? - DOSYE
Cəmiyyət
850
11:55, Bu gün

Saxlanılan icra başçısı kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat keçirilib. Əldə olunan ilkin məlumata görə, əməliyyat korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı aparılıb.
 
Bu çərçivədə rayonun icra başçısı İslam Rzayev və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.
 
Moderator.az saxlanılan icra başçısının dosyesini təqdim edir.
 
İslam Vahid oğlu Rzayev 1965-ci ildə Göyçay rayonunda anadan olub. 1988-ci ildə Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə elə həmin ildə Göyçay rayon Maliyyə idarəsində böyük iqtisadçı kimi başlayıb. Daha sonra Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Göyçay rayonu, həmçinin Bakı şəhərinin Nizami və Əzizbəyov rayonlarındakı strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb.
 
O, həmçinin "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis, 2007–2011-ci illərdə isə Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini olub.
 
İslam Rzayev 18 may 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinin başçısı və Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.
 
Ailəlidir, 3 övladı var.
Link kopyalandı!
Son xəbərlər