Sumqayıtda 500 abonentin qazı kəsiləcək
Cəmiyyət
439
11:22, Bu gün

Sumqayıtda 500 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS məlumat yayıb.
 
Bildirilib ki, mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar oktyabrın 30-da saat 12:00-dan etibarən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məktəbin yanı – "dörd yol" ərazisində 500 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
 
Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.
 
Link kopyalandı!
Son xəbərlər