Samirə Kazımova baş həkim təyin olundu
Cəmiyyət
777
11:00, Bu gün

Samirə Kazımova baş həkim təyin olundu

Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına yeni baş həkim təyinatı olub.
 
Moderator.az xəbər verir ki, bu vəzifəyə Samirə Kazımova təyin edilib.
 
S.Kazımova buna qədər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Kür Qəsəbə Xəstəxanasının baş həkimi olub.
 
Qeyd edək ki, Şəmkir Regional Xəstəxanasında Gəncə və Naftalan şəhərləri, eləcə də Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonları da daxil olmaqla, ümumilikdə 2 şəhər və 9 rayon üzrə vətəndaşlara tibbi xidmətlər göstərilir.
Link kopyalandı!
Son xəbərlər