Bizi sosial şəbəkələrdən izləyin:
Prezident İlham Əliyev "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"na qoşulmaq barədə 30 sentyabr 2025-ci il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.
Moderator.az xəbər verir ki, sərəncama əsasən, Konvensiyada nəzərdə tutulmuş səlahiyyətli milli qurum qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib.
Nazirlər Kabineti qanundan irəli gələn məsələləri həll etməli, Xarici İşlər Nazirliyi səlahiyyətli milli qurumun müəyyən edildiyi barədə Konvensiyanın Katibliyinə müvafiq bildiriş göndərməlidir.