Azərbaycanda qatarların hərəkətinə maneə yaratmaq üçün relslərə qəsdən daş düzülüb
Cəmiyyət
317
13:54, Bu gün

Azərbaycanda qatarların hərəkətinə maneə yaratmaq üçün relslərə qəsdən daş düzülüb

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti qatarlarının maşinistləri 37 dəfə təcili tormozlama ediblər ki, nəticədə sərnişinlərin və qatar heyətinin həyatına təhlükə, həmçinin qrafikdə gecikmələr yaranıb.
 
Moderator.az xəbər verir ki, bu barədə ADY QSC məlumat yayıb.
 
Bildirilib ki, hadisələrin əksəriyyətində relslər üzərinə qəsdən daş düzülməsi halları müşahidə olunub.
 
"Xatırladaq ki, bu cür məsuliyyətsiz hərəkətlərlə qatarlara ziyan vuranlar Azərbaycan qanunvericiliyi əsasında məsuliyyətə cəlb olunurlar", - deyə qurumdan bildirilib.
 
Link kopyalandı!
Son xəbərlər